Avropa Super Liqasına qoşulacağını bəyan edən İngiltərənin "Mançester Siti" və "Çelsi" klubları qərarlarını dəyişməyə hazırlaşırlar.
Sportal.az xəbər verir ki, buna səbəb klubların azarkeşlərinin qərara sərt etirazları olub. Artıq "Çelsi" sənəd işlərini hazırlayır.
İngiltərənin “Mançester Yunayted”, “Tottenhem”, “Liverpul” və “Arsenal” klubları da Avropa Super Liqasına qoşulacaqlarını açıqlayıblar. UEFA İngiltərə klublarına qərarlarını dəyişmək üçün vaxt verib.
saytlarin hazirlanmasi