İngiltərənin 6 klubu "Liverpul", "Mançester Siti", "Mançester Yunayted", "Çelsi", "Arsenal" və "Tottenhem" Avropa Super Liqasını tərk ediblər.
Sportal.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, ingilis klubları UEFA-dan pul alaraq, turnirə qatılmaqdan imtina ediblər. Nəşr qeyd edib ki, bu klublar azarkeşlərin təzyiqinə görə deyil, qitə qurumundan aldıqları pula görə qərarlarını dəyişiblər.
Xəbərdə UEFA-nın Avropa Super Liqasında oynayacağını açıqlayan "Barselona", "Real" və "Atletiko"ya pul verməyəcəyi qeyd edilib.
saytlarin hazirlanmasi