U-17 U-19-dan güclü oldu

23:23 - 24 Aprel 2021

Bakıda təlim-məşq toplanışını davam etdirən 17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandaları hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə U-17-nin xeyrinə başa çatıb.

 

U-17-nin heyətində Samir Ağayev və Sənan Ağalarov fərqlənib. U-19-un qoluna isə Zöhrab Əsədov imza atıb.
 

Xəbər xətti