Qurban Qurbanov: "Qol vurmağı bacaran futbolçuların meydanda olması böyük üstünlükdü"

Azərbaycan Premyer LiqasınınXXIV turunda keçiirlən "Qəbələ" - "Qarabağ" oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jrunalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə matç barədə fikirlərini bildirib:

- Hesab 5:0 olsa da, rəqib haqda xoş sözlər deməliyəm. “Qəbələ” rəqiblərindən çəkinmir, məzmunlu oynayır. Buna görə də, Elmar Baxşıyevi təbrik edirəm. İkinci hissədə əlimizə düşən qol epizodlarını dəyərləndirdik. Futbolçularımı təbrik edirəm.

- Patrik Andrade və Bədavi Hüseynovun durumu necədi?
- Andradeola bilsin ki, sabahdan kollektivlə birgə çalışsın. Bədavi “Sumqayıt”la oyundan sonra arxa əzələsində ağrı hiss etmişdi. Bu nahiyə problemlidi. Fərdi hazırlaşır. Həkimlərin qərarından asılı olacaq.

- İlk hissə ilə ikinci hissənin fərqini izah edərdiniz...
- Qol vurmağı bacaran futbolçuların meydanda olması böyük üstünlükdü. İlk hissədə bir neçə qol epizodumuz oldu. Rəqib də diqqətli idi. Futbolda bəzən belə şeylər olur.

- Mahir penaltini vurmağı özü istədi?
- Bizim penalti vuranımız Uroş Matiçdi. O da meydanda yox idi. Filip Ozobiç də zədəlidi. Ötən illərdə Dabo ilə bombardirlik yarışında olan Mahir penalti istəmişdi, amma icazə verməmişdim vurmağına. İncimişdi hətta, amma sonradan "Neftçi"yə 2 qol vurdu.

Tarix: 25 Aprel [19:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
5 Avqust 2021
4  Avqust 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio