"Adi epizodda qol buraxanda toparlanmaq çətin olur"

Azərbaycan Premyer Liqasında XXIV turunun “Qəbələ” – “Qarabağ” oyunundan (0:5) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis deyib:

“Çətin oyun olacağını bilirdik. Rəqibin heyətində itkilər olsa da, “Qarabağ” güclü komandadı. Bunu dərk edirdik və futbolçuları çətin, ağır matça hazırlayırdıq. Komanda görüşün 60-cı dəqiqəsinə qədər verilən tapşırıqları yerinə yetirdi. Amma ardıcıl buraxılan qollardan sonra toparlana bilmədik. Kollektivimiz möhkəmdi, sağlamdı. Bu oyundan sonra toparlana biləcəyik. Komandada motivasiya var idi. İlk yarıda rəqibdən daha çox epizod yaratdıq, amma dəyərləndirə bilmədik. Futbolda belə hallar olur. Adi epizodda qol buraxanda toparlanmaq çətin olur. Futbolda səhvlər olur. Mən də, qapıçı da səhv edə bilər. Anar Nəzirova inanıram, 1 nömrəli qapıçımızdı. Komanda oyun başlayanda da layiqli müqavimət göstərdi. Ardıcıl iki epizoddan sonra çətinlik çəkdik”.

Tarix: 25 Aprel [20:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
5 Avqust 2021
4  Avqust 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio