"Sabah" - "Neftçi" oyunundan sonra ara qarışdı

22:32 - 25 Aprel 2021

Azərbaycan Premyer Liqasının XXIV turunda "Sabah" - "Neftçi" oyunundan sonra ara qarışıb.

 

Sportal.az xəbər verir ki, baş hakim Vüqar Həsənlinin final fitindən dərhal sonra hər iki tərəfin üzvləri meydana çıxıb. Xüsusilə, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov "fəallığı" ilə seçilib. O, "Sabah"ın baş məşqçisi Ramin Quliyevlə mübahisəyə girişib.

 

Aranın qarışmasının səbəbi məlum deyil.

Xəbər xətti