"Millidəki gələcəyimlə bağlı fikir bildirmək istəmirəm" - Rüstəm Əhmədzadə

09:09 - 6 İyun 2021

Azərbaycan millisinin üzvü Rüstəm Əhmədzadə Moldova yığmasına qarşı keçiriləcək yoxlama oyunundan danışıb.

 

Sportal.az xəbər verir ki, Ukraynanın "Minay" klubunda çıxış edən 20 yaşlı hücumçu bunları deyib:

 

“Hər futbolçu kimi, mən də ilk dəfə milliyə dəvət alanda yaxşı mənada təəccübləndim. Məni burada çox yaxşı qarşıladılar. Komandada çox yaxşı ab-hava var. Həm meydanda, həm meydandan kənarda hamının dəstəyini hiss edirəm. Sevinirəm ki, bu komandanın bir üzvüyəm. Belarusla oyunda debüt etmək imkanı əldə etdim. Mən meydana daxil olan zaman komandamız hesabda geridə idi.

 

Sevindirici haldır ki, qələbə qazanmağımızda mənim, az da olsa, payım oldu. Milli komandadakı gələcəyimlə bağlı fikir bildirmək istəmirəm. Gələcəkdə yenidən dəvət alıb-almayacağıma məşqçilər korpusu qərar verəcək. Şəxsən öz adıma söz verə bilərəm ki, nə zaman milliyə dəvət alsam, əlimdən gələnin maksimumunu etməyə, komandaya fayda verməyə çalışacağam”.

Xəbər xətti