Yakub Jezniçak Mahir Emrelinin "Legiya"ya keçidindən danışdı

"Qarabağ"ın keçmiş futbolçusu Yakub Jezniçak Mahir Emrelinin "Legiya"ya keçidi barədə danışıb.

 

Sportal.az xəbər verir ki, polşalı müdafiəçi 23 yaşlı hücumçunun Varşava təmsilçisinə uyğun olduğunu deyib:

 

"Məncə, bu keçid "Legiya" üçün çox yaxşıdır. Hər şeydən əvvəl Mahir hələ gənc bir oyunçudur. İkincisi, onun "Legiya"nın üslubuna uyğun olduğunu düşünürəm. "Qarabağ" da "Legiya" kimi çox oynayır və yerli liqada üstünlük təşkil edir. Düşünürəm ki, dərhal heyətə düşə bilən və komandanın oyun fəlsəfəsini dərk edəcək bir oyunçudur. "Legia"ya başqa klublardan və liqalardan gələn futbolçuların əvvəllər fərqli bir sistemdə çalışdıqları və fərqli tərzdə oynadıqları çox olur. Mahirə gəlincə, bu problem olmayacaq, "Legiya"nın necə oyun üslubuna uyğunlaşacaq. Üstəlik güclü, sürətli, çox yaxşı bir sol ayağı, texnikası var.

 

Mahir "Legiya" üçün keyfiyyət göstərməli və qol vurmalıdır. Emrelinin böyük potensialı var. Düşünürəm ki, zərbə vuranda bu, onun komandasının xeyrinə olacaq. Mən onunla danışdım. "Legiya"ya transferinə möhtəşəm Avropa futbolunun bir dayanacağı kimi baxması çox xoşuma gəlir. Ən böyük üstünlüyü sol ayaq zərbəsidir. Top ayağına düşəndə qapıya çox tez zərbə vurur. Zərbəsi çox güclüdür. Texniki cəhətdən də yaxşıdır.

 

Mahirin əks-hücum takstikasına da uyğun olduğunu düşünürəm. Sürətli, açıq sahəyə qaça bilər, amma eyni zamanda kombinasiyalı oyuna da uyğundur. Azərbaycanda ümumiyyətlə, hücumameyilli cinah oyunçuları var. Düşünürəm ki, Mahirin çıxışı kombinasiya oyununda da yaxşı alınacaq. Hava mübarizələri və ya ona uzun ötürmələr zamanı problem yaşaya bilər. Onun korpusla oyunu yüksək səviyyədə deyildi. "Qarabağ"da çıxış etdiyim anı nəzərdə tuturam. Sonra oyunlarını izləməmişəm. Əgər bu səhvləri düzəldibsə, deməli, çatışmazlıqlar çox deyil".

 

Jezniçak Emrelinin xarakteri barədə bunu deyib:

 

"İnsanlara çox açıqdır. Azərbaycanda elə bir mədəniyyət var ki, onlar yaxınları ilə görüşməyi və birlikdə vaxt keçirməyi çox sevirlər. Gənc olanda "Lans" akademiyasında təhsil alıb. O bir müsəlmandır. Həmişə yerli və əcnəbi komanda yoldaşları ilə çox yaxşı əlaqə qururdu. Zarafatlar edir və ingilis dilində çox danışır. Rus dilində də, Azərbaycan dilində də, türkcə də danışa bilir. O, Fransız dilində də ünsiyyət qurur. Lakin "Qarabağ"da bu dildə danışacaq bir adamı yox idi. İnanıram ki, Polşa dilini də tez öyrənə bilər. Bildiyimiz kimi, rus dili polyak dilinə bənzəyir. Azərbaycanda oynadığım zaman rus dilində problemim olmadığı üçün belə düşünürəm. "Legiya"nın onunla heç bir problemi olmayacağına inanıram. Düşünürəm ki, uyğunlaşma tez və asanlıqla həyata keçiriləcəkdir".

 

Plosk "Visla"sında oynayan 34 yaşlı futbolçu Mahirin Polşada qarşılanması barədə də danışıb:

 

"Bu, məni təəccübləndirmədi. Çünki Polşada bir neçə azərbaycanlı ilə tanış oldum. İnstaqramda onlarla yazışıb, görüşmüşəm. Azərbaycanlılar tanıdıqları şəxsə maraqlanan insanlardır. Digər tərəfdən, Mahir orada ulduz idi, çox populyar bir futbolçudur. Mahir də səmimi idi. Hamı ilə çox tez əlaqə qurur. Azərbaycana gedən bir neçə gün sonra onunla tanış olduq. O və İbrahim Şehiç iki il ərzində ən yaxşı münasibətdə olduqlarım idilər".

Tarix: 7 İyun [12:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyun 2021
17  İyun 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio