Mahir "Legiya"da məşqlərə nə vaxt başlayacaq?

16:16 - 9 İyun 2021

“Legiya” ilə müqavilə imzalayan Mahir Emrelinin yeni komandasında məşqlərə başlayacağı vaxt məlum olub.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı hücumçu gələn həftədən Varşava təmsilçisinin məşqlərinə qoşulacaq. Mahir bu həftənin sonuna qədər əvvəlki zədəsinə görə fərdi qaydada məşq edəcək.

 

Azərbaycan millisinin üzvü “Legiya” ilə 3 illik sözləşmə imzalayıb.

Xəbər xətti