Millimizin seçmə mərhələlər üçün heyəti açıqlandı

17:35 - 9 İyun 2021

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində EBSL-2021 Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.

 

Sportal.az xəbər verir ki, millimiz seçmə mərhələdə iyunun 17-də Portuqaliya, ertəsi gün Ukrayna, iyunun 19-da isə Almaniya komandası ilə üz-üzə gələcək.

 

Azərbaycan millisi AÇ-nin seçmə oyunlarından sonra 21-27 iyun tarixlərində Dünya çempionatının seçmə mərhələsində iştirak edəcək. Komandamız püşkə əsasən İsveçrə və Fransa milli komandaları ilə qarşılaşacaq.

 

Azərbaycan yığmasının seçmə mərhələlər üçün heyətini diqqətinizə çatdırırıq:

 

Elçin Qasımov
Vaqif Şirinbəyov
Elşad Manafov
Renat Sultanov
Orxan Məmmədov
Əbdül Əliyev
Comərd Baxşəliyev
Amid Nəzərov
İlkin Haciyev
Asif Zeynalov
Ramil Əliyev
Sabir Allahquliyev.

Xəbər xətti