"Neftçi" "Olimpiakos"a uduzdu - YENİLƏNİB

00:56 - 22 İyul 2021

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, "Neftçi" Yunanıstanda "Olimpiakos"un qonağı olub. Georgios Karaiskakis stadionunda keçirilən qarşılaşmada meydan sahibləri qalib gəlib - 1:0.

 

Komandalar arasındakı cavab matçı iyulun 28-də Bakıda olacaq.

 

“Neftçi” “Olimpiakos” səddini keçsə, 3-cü mərhələdə “Mura” (Sloveniya) – “Ludoqorets”(Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

 

21 iyul

Çempionlar Liqası

2-ci təsnifat mərhələsinin ilk oyunu

23:00."Olimpiakos" (Yunanıstan) - "Neftçi" (Azərbaycan) 1:0

Qol: Kamara, 29

Qırmızı vərəqələr: Kamara, 43 - Mert Çelik, 63
Baş hakim: Joao Pinyeyru (Portuqaliya)
Pirey, "Georgios Karaiskakis" stadionu.

Xəbər xətti