"Sumqayıt" "Çukariçki" ilə heç-heçə etdi - YENİLƏNİB

23:54 - 21 İyul 2021

Bu gün “Sumqayıt” Konfrans Liqasında debüt oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, ötən mövsüm Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Çukariçki”nin qonağı olub. Belqradda "Çukariçki" stadionunda keçirilən oyunda hesab açılmayıb.

 

Cavab oyunu iyulun 29-u baş tutacaq.

 

22:00. “Çukariçki”(Serbiya) – “Sumqayıt”(Azərbaycan) 0:0

Belqrad, “Çukariçki” stadionu. 

​Baş hakim – Urs Şnider(İsveçrə).

Xəbər xətti