"Tottenhem" "Sevilya"nın futbolçusu üçün təklif göndərdi - 15 milyon + Lamela

19:44 - 21 İyul 2021

"Tottenhem" "Sevilya"nın yarımmüdafiəçisi Brayan Xili transfer etmək üçün hərəkətə keçib.

 

Sportal.az xəbər verir ki, London klubu ispan futbolçu üçün 15 milyon avro və 29 yaşlı argentinalı yarımmüdafiəçisi Erik Lamelanı verməyə hazırdır. Hazırda tərəflər danışıqlar aparır.

 

Lamela 2013-cü ildə "Roma"dan "Tottenhem"ə keçib.

 

Brayan Xil ötən mövsüm icarə əsasında "Eybar"da çıxış edib. 20 yaşlı sağ cinah vingeri İspaniyanın əsas millisində 3 oyun keçirib.

Xəbər xətti