Reynaldo karyerasını bərpa etdi: "Yenidən Azərbaycanda oynamaq istəyirəm"

“Qarabağ”ın keçmiş hücumçusu Reynaldo karyerasını bərpa edib.

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun ən yaxşı forvardlardan biri kimi xatırlanan Reynaldo bir müddət əvvəl karyerasını bitirdiyini bildirsə də, yenidən futbola qayıdası olub.

 

Sevdiyi işdən çox uzaq qala bilməyən "sambaçı" yaşadığı Arapariçada bölgəsini təmsil edən komandanın heyətində məşqlərə başlayıb.

 

Saytımıza qısa açıqlama verən braziliyalı hücumçu ölkəmizə qayıtmaq istədiyini söyləyib: “Məşqlərə, oyunlara geri dönmüşəm. Azərbaycana qayıtmaq, futbol karyeramı bu ölkədə davam etdirmək istəyirəm. Azərbaycanı, futbolunu sevirəm. Alınsa, yenidən mənim üçün doğma olan ölkədə oynayaram”.

Tarix: 21 İyul [16:43]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 İyul 2021
23  İyul 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio