Türkiyə millisinin keçmiş üzvü "Trabzonspor"da

17:35 - 21 İyul 2021

Türkiyənin "Trabzonspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Qara Dəniz təmsilçisi Türkiyə millisinin keçmiş üzvü İsmayıl Köybaşını transfer edib. 32 yaşlı sol cinah müdafiəçisi ilə 2+1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, karyerası ərzində "Qaziantepspor", "Beşiktaş", "Fənərbaxça" və "Qranada"da oynayan futbolçunun son klubu "Çaykur Rizəspor" olub. İsmayıl Köybaşı Türkiyə millisinin heyətində 28 matçda meydana çıxıb.

Xəbər xətti