Mahir Emreli start heyətdə

21:53 - 21 İyul 2021

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" (Polşa, Varşava) bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Flora" ilə (Estoniya, Tallin) qarşılaşır.

 

Sportal.az xəbər verir ki, bu matçın heyətlərı açıqlanıb.baş məşqçi Çeslav Mixneviç futbolçumuza güvənib. 24 yaşlı hücumçu start heyətdə meydana çıxacaq.
 

Qeyd edək ki, oyun saat 23.00-da başlanacaq.

Xəbər xətti