Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarının yeri və başlama vaxtı məlum olub.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 1-də Lüksemburqla oynanılacaq matç Bakı vaxtı ilə saat 22:45-də Lüksemburqdakı “Stade de Luxembourg”da start götürəcək.
3 gün sonra İrlandiya ilə görüş saat 20:00-da Dublindəki “Aviva” stadionunda, oktyabrın 12-də Serbiya ilə qarşılaşma isə saat 22:45-də Belqraddakı Rayko Mitiç adına stadionda başlayacaq.
saytlarin hazirlanmasi