"Fərdi olaraq götürsək, yaxşı mövsüm keçirdiyimi düşünürəm. Statistikam yaxşı idi, komandaya daha yaxşı olması üçün kömək etdim. Mən hər zaman peşəkaram. Əlbəttə ki, daha yaxşı ola bilərdi. Amma komanda olaraq avrokuboklara vəsiqə qazana bilmədik”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Nikolas Raysel deyib.
Yola saldığımız mövsümü “Qəbələ”də keçirmiş 28 yaşlı hücumçu komandada qalmamasına bu cür aydınlıq gətirib: “Bu mövsüm büdcə çox aşağı düşdü. Mən bəzi fədakarlıqlar etdim. Klubun mənimlə daha bir mövsümlük müqavilə imzalaması, pula görə mümkün olmadı. Karyeramdan daha çox şeylər gözləyirəm. “Qəbələ”yə qayıdacağımı düşünmürəm. Bu klubu sevirəm. Amma potensialımı maksimum göstərməyim üçün daha güclü komandaya ehtiyacım var. “Qəbələ”yə bu mövsüm ən yaxşısını diləyirəm. Ötənmövsümki kimi və ya ondan da uğurlu mövsüm keçirmələrini arzulayıram. Azərbaycanın digər komandalarından təklif almamışam. Əslində qəribədir. Çünki karyeramı bilirlər, “Nefçti” və “Qarabağ”dan zəif olan “Qəbələ” kimi komandaya necə kömək etdiyimi hamı gördü. Problem yoxdur, ola bilər, onların planlarına daxil deyiləm. Dəqiq bilirəm ki, "Neftçi" və ya "Qarabağ" kimi komandada daha yüksək statistika göstərə bilərəm".
Belçikada “Union SG”, “Oestende”, “Rozelar” klublarında oynamış Sloveniya U-21 yığmasının sabiq üzvü Azərbaycan Premyer Liqası ilə Belçika yüksək liqasını belə müqayisə edib: “Azərbaycanda özümü xoşbəxt hiss edirdim. Ölkənizi və futbolunuzu sevirəm. Hər zaman ideal meydançalar olur, yaxşı futbolçular çıxış edir liqada. Amma Belçika və Azərbaycan çempionatını müqayisə etmək mümkünsüzdü. Çünki Belçika çempionatında böyük komandalar, böyük stadionlar var, yüksək keyfiyyəti liqadı”.
saytlarin hazirlanmasi