Masuras: "Vacib olan odur ki, "Neftçi"yə qalib gəldik"

15:54 - 22 İyul 2021

"Olimpiakos"un yarımmüdafiəçisi Giorgios Masuras Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirilən oyunu dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, yerli mətbuata danışan 27 yaşlı futbolçu Azərbaycan çempionuna qalib gəlməklərindən danışaraq, komandası haqda da xoş sözlər deyib:


"Vacib olan odur ki, “Neftçi”yə qalib gəldik. Oyundan əvvəl bir çox çətinliklərlə üzləşmişdik Kimlərsə, həmin çətinliklərin öhdəsindən gələ bilməyəcəyimizi düşünə bilər.

 

Əslində isə komandamız üçün heç bir maneə yoxdu. Bir olduğumuz zaman nədənsə qorxmalı deyilik, nə qədər qol buraxmağımız da önəmli deyil. Şəxsi mənfəətimizi düşünmədiyimiz zamanlar olur. Yalnız komanda üçün çalışırıq”.

Xəbər xətti