"Mançester Yunayted"dən transfer bombası - RƏSMİ

İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" Dortmund "Borussiya"sından Ceydon Sançonu rəngləinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

İngiltərə milli komandasının üzvü ilə 5+1 illik müqavilə imzalanıb. "Mançester Yunayted" 21 yaşlı vinger üçün Almaniya klubuna 85 milyon avro ödəyib.

 

Qeyd edək ki, Ceydon Sanço "Mançester Siti"nin yetirməsidi. O, 2017-ci ildə "Borussiya"ya transfer olub. Gənc futbolçu Dortmund təmsilçisinin heyətində 104 oyuna 38 qol vurub.

Tarix: 23 İyul [16:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Sentyabr 2021
24  Sentyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio