"Soçi" məğlubiyyətinə səbəb nə oldu? Çox şeyi səbəb kimi göstərmək olar. Onları oturub fikirləşsək, gərək cavabı matçına çıxmayaq”.
Bu sözləri Sportal.az saytına açıqlamasında “Keşlə”nin kapitanı Tərlan Quliyev deyib.
Dünən Konfrans Liqasının ikinci təsnifat mərhələsinin oyununda səfərdə “Soçi” ilə qarşılaşan “Keşlə” meydanı 0:3 hesablı məğlubiyyətlə tərk etdi. Paytaxt klubunun kapitanı ilk oyundakı məğlubiyyətə baxmayaraq növbəti mərhələ üçün sona qədər mübarizə aparacaqlarını söyləyib: “Soçi”nin gücünü hamımız bilirdik. Lakin hələ qarşıda cavab oyunu var, Bakıdakı oyunda bilmək olmaz, necə olacaq. Hər şey mümkündü. Özü də “Soçi” sünii örtüklü meydanda oynayacaq. Bilmək olmaz, onlar bu cür örtükdə oynaya biləcək, ya yox. “Soçi”nin gücünə gəlincə, onların çempionat matçlarında və yoxlama görüşlərində nəyə qadir olduqlarını görmüşdük. Yaxşı komandadı, yeni yaranmasına baxmayaraq, daima yuxarı yerlər üçün oynayırlar.
Biz ötən mövsüm ölkə kubokunun yarımfinal matçında evdə “Zirə” 1:2 uduzduq, amma səfərdə onları 3:1 udduq. Halbuki 6:1, 7:1 udmalı idik. Doğrudu, “Zirə” və “Soçi” fərqli klublardı, güc fərqi var. Sadəcə mən mübarizədən danışıram. Yəni sona qədər mübarizə aparacağıq”.
Avrokuboklarda bu həftə ilk oyunlarını keçirən təmsilçilərimizdən heç biri birinci matçda qol vura bilmədi. Quliyev bu məsələyə toxunub, hansı komandamızın növbəti mərhələyə yüksəlmək üçün daha şanslı olduğunu deyib:
“Qarabağ” və “Neftçi” heyət, imkan baxımından pis deyil. Heyətləri genişdi. “Neftçi” ÇL-də “Dinamo”nu iki oyunda da məğlub etdi. Sadəcə hazırki rəqibləri – “Olimpiakos” çox güclüdü. İnanıram ki, evdə yunanlara diş göstərəcəklər. “Qarabağ”ın “Aşdod”la oyununa baxa bilmədim, Allah qoysa səfərdə sərfəli nəticə qazanarlar. “Sumqayıt” isə Serbiyada gözəl oyun göstərməsə də, yaxşı nəticə ilə qayıtdı. İnanıram ki, evdə keçəcəklər “Çukariçki”ni. Bizim isə bəxtimizdən “Soçi” düşdü. Doğrudu, püşkatmada onsuzda hamısı güclü idi klublar idi.“Makkabi”(Tel-Əviv), “Sivasspor” kimi komandalarla düşə bilərdik.
8 komandalı çempionatda yalnız 2 komanda çempionluğa oynayır. “Neftçi” və “Qarabağ” da bazasına, büdcəsinə, imkanlarına görə hamıdan öndədi. Bu qədər komanda ilə inkişafdan danışmaq çətin məsələdi. Çempionatda ən azından 4-5 rayon komandaları olmalıdır ki, o da yoxdu”.
saytlarin hazirlanmasi