Daha iki boksçumuz dünya çempionatının 1/8 finalına yüksəldi

Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı davam edir.

 

Sportal.az xəbər verir ki, mundialın beşinci günündə Azərbaycan millisinin iki üzvü rinqə çıxıb.

 

İlk görüşdə Çarles Petit-Hommu (Haiti) mübarizədən kənarlaşdıran Tayfur Əliyev (60 kq) 1/16 finalda italiyalı Simone Spada ilə üz-üzə gəlib. Boksçumuz bu dueldən də qalib ayrılıb. O, rəqibini 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib. Əliyev 1/8 finalda Arslan Xatayevlə (Finlandiya) münasibətinə aydınlıq gətirəcək. Görüş oktyabrın 31-də olacaq.

 

Onun qardaşı Sərxan Əliyev də dünya çempionatına qələbə ilə başlayıb. 71 kq çəkidə rinqə çıxın boksçu Stefen Nevnsi (Şotlandiya) məğlub edib – 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26). Əliyev 1/8 finalda yaponiyalı Yuta Akiyama ilə döyüşəcək. Görüş oktyabrın 31-nə təsadüf edəcək.

 

Mundialın altıncı günü iki boksçumuz mübarizə aparacaq. Malik Həsənov (63,5) Ovannes Baçkovla (Ermənistan), Mirşərif Kazımzadə (75 kq) Soma Mesterlə (Macarıstan) qüvvəsini sınayacaq.

Tarix: 30 Oktyabr [13:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 Yanvar 2022
28  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio