Nuri Şahin Mahir Emreliyə zəng vurdu

14:58 - 12 Yanvar 2022

Türkiyə Superliqa təmsilçisi "Antalyaspor"un baş məşqçisi Nuri Şahin millimizin hücumçusu Mahir Emreliyə zəng vurub.

 

Sportal.az xəbər verir ki, telefon söhbəti zamanı N.Şahin "Legiya"dan ayrılması gözlənilən 24 yaşlı hücumçunu komandasına dəvət edib. M.Emreli dəvətə görə təşəkkür edib, amma karyerasını başqa ölkənin klubunda davam etdirmək istədiyini söyləyib.

 

Emreli ona dəvət gələn klubla sırasında "Dinamo" (Zaqreb) üzərində dayanıb. Onun bu qış Xorvatiya klubuna keçəcəyi istisna edilmir. (Qol.az)

Xəbər xətti