"Neftçi" "Palermo"nun sabiq futbolçusu ilə anlaşdı

18:09 - 14 Yanvar 2022

Mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirən “Neftçi” heyətini sloveniyalı müdadfiəçi ilə gücləndirəcək.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu son mövsümü Kanadanın “Monreal” klubunda keçirmiş Alyaj Struna ilə anlaşıb.

 

Tərəflər arasında danışıqların son mərhələsidi və keçid yaxın günlərdə həll olunacaq.

 

Karyerasına “Koper”də başlayan Struna daha çox İtaliyanın “Palermo” klubundakı çıxışı ilə tanınıb. O, 2012-2018-ci illərdə bu klubun heyətində çıxış edib. Alyaj 2014/2015-ci və 2016/2017-ci illərdə “Karpi”də icarə əsasında oynayıb. Daha sonra Hyuston “Dinamo”sunda oynayan Strunanın son klubu “Monreal” olub. (Futbolinfo.az)

Xəbər xətti