Premyer Liqanın qalibi olan braziliyalı: "Bu mövsüm "Neftçi"nin çempion olması çətin görünür"

15:36 - 16 Yanvar 2022

“Gilyerme Patonu tanımıram. Ona görə də onun haqda bir söz deyə bilməyəcəm”.

Bu sözləri Sportal.az saytına açıqlamasında Tallison Dias deyib.

“Neftçi”nin sabiq futbolçusu, Braziliyanın aşağı liqa təmsilçisi “Santo Andre” klubunda çıxış edən müdafiəçi “ağ-qaralar”ın çıxışı barədə də danışıb. “Neftçi”nin “İnternasyonal”dan transfer etmək istədiyi Gilyerme Pato haqda məlumatsız olan Tallison sabiq komandasının Premyer Liqadakı çempionluq şansını dəyərləndirib:

"Neftçi"nin bu mövsüm çempionatdakı çıxışını izləyirəm. Bu mövsüm “Neftçi”nin çempion olması çətin görünür. Çünki hazırda “Qarabağ”la 11 xallıq fərq var və buna görə işləri çətin görünür”.

Xəbər xətti