Yüksək Liqada finalçılar bəlli oldu

17:35 - 4 May 2022

Bu gün futzal üzrə Yüksək Liqanın pley-off mərhələsinin ikinci oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, ilk oyunda qələbə qazanan “Araz-Naxçıvan” “Baku Fire”lə üz-üzə gəlib.

 

Bu dəfə oyuna sakit başlayan Alesionun yetirmələri 4-cü dəqiqədə status-kvonu pozdu. Növbəti qolu isə İsa Atayev vurdu. Fasiləyə komandalar bu hesabla yollandılar. “Araz-Naxçıvan” ikinci hissədə daha çox qol vurdu. Beləliklə qazanılan ardıcıl iki qələbə ilk filançının kimliyinə aydınlıq gətirdi. Son çempion titulunu qorumaq üçün final, “Baku Fire” isə bürünc medal uğrunda oyunda iştirak edəcək. Günün ikinci oyunu daha gərgin və maraqlı keçdi. 2-ci dəqiqədə Seymurun standart vəziyyətdən zərbəsi dirəyə dəyib meydanı tərk etdi. Ümumiyyətlə, ilk 10 dəqiqədə “Neftçi” daha çox hücum edir, EKOL isə ilk matçda olduğu kimi əks-hücumlarla uğur qazanmaq istəyirdi. Hesab 3-cü dəqiqədə açıldı. Autdan ötürməni İlkin Hacıyev tora qovuşdurmaqla komandasına üstünlük qazandırdı. Rüstəm Bağırzadə isə qapıçı ilə üzbəüz qaldığı epizodda status-kvonu bərpa edə bilmədi. 15-ci dəqiqədə hər iki komanda 5 cərimə limitini doldurduğundan, Rüfət Balakişiyev zərbə vurmaq hüququ qazandı. Kapitanın zərbəsi tirə dəyib meydanı tərk etdi. Yeri gəlmişkən, sarı vərəqə limitini doldurduğuna görə, Samir Həmzəyev növbəti oyunda meydana çıxmayacaq. İkinci hissənin əvvəlində müdafiədə buraxılan səhv EKOL-un hesabı bərabərləşdirməsinə şərait yaratdı. Təcrübəli Namiq Məmmədkərimov fürsəti əldən vermədi. 29-cu dəqiqədə Seymur Məmmədova qarşı kobud oynayan Tofiq Mikayılov sarı vərəqə aldı. Bu isə onun növbəti oyunu buraxacağı deməkdir. Oyunun əsas vaxtında qalib müəyyənləşmədiyinə görə, komandalar hər biri 5 dəqiqədən ibarət 2 əlavə hissədə mübarizə apardı. 42-ci dəqiqədə “Neftçi”nin qapıçısı Anar Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydanı tərk etdi. 10 metrlik zərbəni isə Mehdi Rəsulov dəqiq yerinə yetirməklə komandasını önə keçirdi. 1 dəqiqə sonra EKOL yenidən 10 metrlik nöqtədən zərbə vurmaq hüququ qazandı. Rəsulov bu dəfə qeyri-dəqiq oynadı. İki əlavə vaxtda Namiq Məmmədkərimov fərqi artırdı. Amma 5 oyunçu ilə mübarizə aparan “Neftçi” rəqib qapısına yol tapsa da, artığını bacarmayıb. Beləliklə hər iki oyunda qələbə qazanan EKOL “Araz-Naxçıvan”ın rəqibi oldu.

 

Neftçi İK – EKOL (1:0) 2:4

4 may. Bakı İdman Sarayı. Saat 14:45

Hakimlər: Hikmət Qafarlı, Əli Cəbrayılov, Kənan Məlikov

Hakim-inspektor: Ramiz Əsədov

Qollar: İlkin Hacıyev, 2:51, Rüfət Balakişiyev, 48:52 // Namiq Məmmədkərimov, 23:31, 46:51, Mehdi Rəsulov, 41:53, Radik Əhmədov, 49:45

 

Sarı vərəqələr: İlkin Hacıyev, 15:24 // Samir Həmzəyev, 14:06, Tofiq Mikayılov, 28:52, Faiq Əliyev, 38:11, Mehdi Rəsulov, 46:51

 

Qırmızı vərəqə: Anar Məmmədov, 41:52

İlk oyun: 0:2

 

Neftçi İK

1. Anar Məmmədov (q), 7. İlkin Hacıyev, 11. Hasan Ali Jafari, 14. Seymur Məmmədov, 77. Omid Talebi, 23. Elnur Zamanov (q), 3. Oruc Baxşəlizadə, 4. Fərid Atakişiyev, 5. Nurlan Mehdizadə, 8. Vahid Xocayev, 9. Oqtay Rüstəmli, 10. Rüfət Balakişiyev (k), 13. Əjdər Əjdərov, 17. Hüseyn Mənəfli

 

Baş məşqçi: Elşad Quliyev

 

EKOL

99. Emin Kürdov (q), 2. Radik Əhmədov, 10. Samir Həmzəyev, 11. Namiq Məmmədkərimov (k), 20. Tofiq Mikayılov, 1. İntiqam Babayev (q), 7. Faiq Əliyev, 8. Mehdi Rəsulov, 9. Əsgər Abasov, 17. Rüstəm Bağırov, 33. Ələsgər Ələsgərli, 44. Orxan Həsənəliyev

 

Baş məşqçi: Radik Əhmədov

 

Baku Fire – Araz-Naxçıvan  (0:2) 0:6

4 may. Bakı İdman Sarayı. Saat 12:00

Hakimlər: Knyaz Əmiraslanov, Ziya Nəsirov, Elgün Hüseynov

Hakim-inspektor: Azad Hüseynov

Qollar: Felipinyo, 3:23, İsa Atayev, 7:43, Xətai Bağırov, 32:51, Ramiz Çovdarov, 34:24, 37:36, Fərid Ələkbərov, 38:24

 

Sarı vərəqələr: Renat Sultanov, 18:33 // Reza Tolouie, 37:36

İlk oyun: 3:9

 

Baku Fire

1. Samir Mehtiyev (q), 4. Elvin Quliyev, 8. Renat Sultanov (k), 9. Murad Quluzadə, 10. Nihad İsmayılov, 2. Sadiq Əlizadə (q), 5. İbrahim Zeynalov, 7. Tofiq Əliyev, 11. Rasif Səfiyarov, 17. Reza Tolouie, 18. Novruz Ələkbərov, 22. Elgün Rzayev, 77. Elşən İbramxəlilov

 

Baş məşqçi: Teymur Eyvazov

 

Araz-Naxçıvan

19. Dmitri Bondarev (q), 6. David Qustavo, 8. Rizvan Fərzəliyev (k), 9. Maneka, 10. Felipinyo, 1. Azər Fərmanov (q), 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 17. İsa Atayev, 18. Fərid Ələkbərov

 

Baş məşqçi: Joze Alesio Da Silva

Xəbər xətti