Azərbaycan komandası dünya çempionatının finalına yüksəldi

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının komandası vəkil və hüquqşünaslar arasında Mərakeşdə təmşkil olunan "Mundiavocat-2022" dünya çempionatında iştirak edir.

 

Sportal.az xəbər verir ki, turnir çərçivəsində indiyə qədər 7 oyun keçirən “Advokat” 6 qələbə qazanıb, bir qarşılaşmada isə xalları yarı bölüb. Nəticədə təmsilçimiz finala vəsiqə qazanıb.

 

Həlledici qarşılaşma bu gün Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək. “Advokat” Portuqaliya təmsilçisi ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, "Advokat" komandası futzal üzrə İkinci Liqada da çıxış edir və carim mövsümün qalibidir.

 

Azərbaycan – İtaliya 3:3

Azərbaycan - Fransa 6:1

Azərbaycan - Yaponya  7:1

Azərbaycan – Danimarka 15:0

Azərbaycan - Özbəkistan 19:0

Azərbaycan - Avrasiya 12:2

Azərbaycan - Mərakeş 9:1

Tarix: 14 May [12:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio