Leandro Andrade: "Məqsədim "Qarabağ"la daha çox titullar qazanmaqdı"

17:30 - 17 May 2022

"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade Ağdam təmsilçisinin çempionluq tədbirində jurnalistlərə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Kape Verde millisinin üzvü "köhlən atlar"la çoxlu titullar qazanmaq istədiyini bildirib:

 

"Qarabağ"a gəlişimlə həm yeni şeylər öyrəndim, həm də gəlişimi uğurlu saymaq olar. İndi də çempionluğun dadını çıxarırıq. Ümid edirəm ki, uğurların davamı gələcək. Bu, hələ başlanğıcdır. Məqsədim "Qarabağ"la daha çox titullar qazanmaq, öyrənmək və inkişaf etməkdir". 

Xəbər xətti