"Qəbələ" 3 xalı 3 qolla qazandı - VİDEO

17:59 - 18 May 2022

Azərbaycan I Divizionunda mövsümün son turunun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, "Qəbələ-2" səfərdə "Sumqayıt-2"nin qonağı olub. Qarşılaşma "qırmızı-qaralar"ın 3:1 hesablı qələbəsiylə başa çatıb.

 

Bu nəticədən sonra xallarını 33-ə yüksəldən "Qəbələ-2" mövsümü 9-cu pillədə başa vurub. 20 xal toplayan "Sumqayıt-2" isə 11-ci olub. 

 

“Sumqayıt-2” 1–3 “Qəbələ-2”
Qollar: 
İbrahim Əliyev, 55 - Ramin Doobi, 8; Sənan Ağalarov, 58; Mehrac Baxşalı, 71

 

Xəbər xətti