Milli üzvünün komandası Super Liqaya çıxa bilmədi

Türkiyə I liqasında pley-off mərhələsinin oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin keçmiş üzvü Taşkın İlterin formasını geydiyi "Eyüpspor" səfərdə "Bandırmaspor"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

 

İki görüşün nəticəsinə görə 3:1 hesablı üstünlük əldə edən "Bandırmaspor" pley-offun finalına yüksəlib. "Eyüpspor" isə növbəti mövsümdə mübarizəni I liqada davam etdirəcək.


Taşkın İlter də bu oyunun iştirakçısı olub. Matça start heyətdə başlayan 28 yaşlı yarımmüdafiəçi 66-cı dəqiqədə əvəzlənib.

Tarix: 29 May [19:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio