Azərbaycan Premyer Liqasında əvəzetmə sayı artırıldı

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Sportal.az xəbər verir ki, toplantıda Premyer Liqada əvəzetmə sayının artırılması ilə bağlı qərar qəbul edilib. Qərarda bunlar qeyd edilib:

"Beynəlxalq təcrübə, UEFA-nın milli komandalar və klub yarışlarında tətbiq olunan qaydalar nəzərə alınaraq, Azərbaycan Premyer Liqasında 2022/2023-cü il mövsümündən etibarən oyunlarda 5 əvəzetməyə icazə verilsin. Meydanı tərk edən futbolçuların əvəzinə oyuna daxil olan minimum 2 oyunçu yerli statuslu futbolçu olmalıdır".

Daha əvvəl çempionatda 3 əvəzetmə qaydası tətbiq edilirdi.

Tarix: 31 May [19:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Avqust 2022
8  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio