Futzal üzrə UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” heyətini gücləndirməkdə davam edir.
Sportal.az xəbər verir ki, Joze Alesio Da Silvanın başçılıq etdiyi komanda bu dəfə De Melo Ponce Viktor ilə anlaşıb. Son klubu vətənində “Leqes futsal” klubu olan 21 yaşlı braziliyalının ampluası müdafiəçidir.
Əvəzində De Moura Joze Eduardo ilə anlaşma qarşılıqlı razılıq əsasında ləğv edilib. Buna səbəb braziliyalı müdafiəçinin ailəsi ilə bağlı problemlərinin olmasıdır.
“Araz-Naxçıvan” buna qədər Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, Oktay Rüstəmli, eləcə də braziliyalı Mateus Katatau, Varqas Amenqual Andreu, Martin Guimaraes Junior Sinesio, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb. Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borges, Dmitri Bondarev, İsa Atayev, Xətai Bağırov və Maneka komandadan ayrılıb.

Azərbaycan çempionu braziliyalı müdafiəçi ilə gücləndi
şç
Oxşar xəbərlər
Futzal
Millimiz Latviyaya məğlub oldu
Futzal
Azərbaycan - Latviya oyunu xorvat hakimlərə tapşırıldı
Futzal
Millimiz Çexiya ilə heç-heçə etdi
Futzal
Azərbaycan millisinin oyununu italiyalı hakimlər idarə edəcək
Futzal
Azərbaycan çempionu 1/8 finala yüksələ bilər - Çempionlar Liqası
Futzal
"Onu edə bilsəydik, qələbə qazanmaq şansımız az deyildi" - "Araz-Naxçıvan"ın məşqçisi
Futzal
"Araz-Naxçıvan" Bosniya və Herseqovina klubuna uduzdu - Çempionlar Liqası
Futzal
