Azərbaycanda "Yay transfer pəncərəsi" açıldı

10:27 - 10 Avqust 2022

Futzal üzrə Azərbaycan liqalarında “Yay transfer pəncərəsi” açılıb.

 

Sportal.az xəbər verir ki, Yüksək, Birinci və İkinci liqalarda iştirak edən komandalar oktyabrın 1-i, saat 18:00-dək transfer çalışmalarını davam etdirə və yeni oyunçuları qeydiyyatdan keçirə bilərlər.

 

Qeyd edək ki, Yüksək Liqada 2022-2023-cü il mövsümünə sentyabrın 26-da start veriləcək.

Xəbər xətti