Azərbaycan millisinə yeni məşqçi təyin olundu

Taekvondo üzrə Azərbaycan millisində baş məşqçi dəyişikliyi olub.

 

Sportal.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yeniyetmələrdən ibarət yığma Rəşad Məmmədova həvalə edilib.

 

O, bu postda Elnur Amanovu əvəzləyib. Amanov isə fəaliyyətini Reza Mehmandoustun rəhbərlik etdiyi kişilərdən ibarət millinin məşqçilər korpusunda davam etdirəcək. 45 yaşlı mütəxəssis komandada böyük məşqçi funksiyasını yerinə yetirəcək.

 

Yeniyetmələrdən ibarət yığmada Vurğun Cəfərov əvvəl olduğu kimi, yenə böyük məşqçi kimi çalışacaq.

Tarix: 26 Sentyabr [14:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30 Noyabr 2022
29  Noyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio