Samir Abasov: "Məğlubiyyətlə heç vaxt barışmayacam"

16:25 - 23 Noyabr 2022

"Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Bizim işimiz qalan 4 oyuna hazırlaşıb, bacardığımız qədər nəticə qazanmaqdır".

Sportal.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov ölkə kubokunun 1/8 final mərhələsinin "Kəpəz"lə görüşündən sonra keçirilən mətbuat konfransında deyib. Komandasının turnirdə çıxışını başa vurmasını şərh edən Abasov jurnalistlərin suallarını da cavablandırıb.

- Bugünkü oyunun gedişində əvvəlki çılğın Samir Abasovu görmədik. Məğlubiyyətlə barışmışdınız?
- Xeyr, məğlubiyyətlə barışmamışdım. Heç vaxt da barışmayacam. Sadəcə olaraq, bütün vəziyyəti anlayıb, səbrli və təmkinli olmağa çalışıram.

- Komandanın uğursuzluğunun əsas səbəbi, əsas çatışmazlıq nə ilə bağlıdır?
- Komandanın çatışmayan cəhəti elə özüdür. 

Mirbağırağa

Xəbər xətti