Dani Alveş millinin tarixinə keçdi

12:17 - 6 Dekabr 2022

Braziliya millisinin müdafiəçisi Dani Alveş yeni uğura imza atıb.

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu dünən DÇ-2022-nin 1/8 finalının Cənubi Koreya ilə görüşündə (4:1) meydana çıxmaqla Robert Karlosu qabaqlayıb.

Belə ki, Alveş 126-cı oyununu keçirib. Karlosun isə aktivində 125 matç var idi.

Braziliya millisində 142 oyun keçirmiş Kafu ilk pillədədir. 

Xəbər xətti