"Avropaya çıxmaq üçün Latviyadan tramplin kimi istifadə etməyi düşündüm"

12:49 - 17 Mart 2023

"Kluba gec qoşuldum. Adaptasiya üçün zamana ehtiyac var idi. İlk turda baş məşqçi güvəndi və əsas heyətdə meydana buraxdı. Məşqçilər korpusunun etimadını qazanmağa çalışdım. Uduzsaq da, yaxşı oynadıq".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Dauqavpils"in azərbaycanlı futbolçusu Ramin  Nəsirli deyib.

"Neftçi"dən Latviya klubuna bu ilin sonuna qədər icarəyə yollanan yarımmüdafiəçi ölkə çempionatının ilk turunda artıq yeni komandasında debüt edib. Nəsirli Latviya çempionatının səviyyəsindən danışıb: "Burada futbol daha çox mübarizlik tələb edir. Üç-dörd komandanı çıxmaq şərti ilə, əksər komandalar əsasən döyüşkən futbola üstünlük verir".

Gənc futbolçu Avropada legioner həyatı yaşamaq haqda düşündüyünü bildirib: "Avropaya çıxmaq üçün Latviyadan tramplin kimi istifadə etməyi düşündüm. Ona görə də, bura gəlmək qərarını verdim. Azərbaycanı Avropada təmsil etmək niyyətindəyəm. Ümidvaram ki, hər şey uğurlu alınacaq".

Mirbağırağa

Xəbər xətti