Almaniya millisinin sabiq üzvü karyerasını başa vurdu

16:59 - 22 Mart 2023

Almaniya millisinin sabiq yarımmüdafiəçisi Məsut Özil aktiv futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Sportal.az xəbər verir ki, Özil bu barədə sosial şəbəkədə yazıb:

"Çox fikirləşdikdən sonra peşəkar futboldan ayrıldığımı açıqlamaq qərarına gəldim. 17 ilə yaxın futbolçu olmaq mənə qismət oldu. Belə fürsət tapdığıma görə çox minnətdaram. Ancaq son həftələr və aylarda zədələrlə bağlı uzun müddət problemlərdən sonra mənə aydın oldu ki, ayrılmağın vaxtı çatıb. Unudulmaz anlar və emosiyalarla dolu karyera yaşamışam”.

Özil "Verder”, "Real Madrid", "Arsenal", "Fənərbaxça" və "İstanbul Başakşehir"də oynaması ilə tanınır.
 

Xəbər xətti