Türkiyə millisində yeni baş məşqçi

21:16 - 22 Mart 2023

Türkiyənin U-21 milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, yığmanı Levent Sürme çalışdıracaq. Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 39 yaşlı mütəxəssisin köməkçiləri Sabri Sarıoğlu və Orhan Şam olacaq.

Levent Sürme daha əvvəl Türkiyənin 19 yaşadək futbolçulardan ibarət millisini çalışdırıb.

Qeyd edək ki, Türkiyə U-21 yığmasının baş məşqçisi Tolunay Kafkas bir müddət əvvəl istefaya göndərilmişdi.

Xəbər xətti