Cüdoçumuz "Böyük Dəbilqə" turninin qalibi oldu

18:32 - 24 Mart 2023

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən "Böyük Dəbilqə" turniri davam edir.

Sportal.az xəbər verir ki, yarışın  ilk günündə -60 kq. çəkidə Turan Bayramov qızıl medala sahib olub. Turan finalda Gürcüstan təmsilçisi Qiorqi Sardalaşviliyə qalib gələrək qızıl medal əldə edib.

Digər cüdoçumuz Gültac Məmmədəliyeva isə bürünc medal qazanıb. 52 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə çinli Yeqing Zhunu məğlub edib. 

Xəbər xətti