"Fənərbaxça"nın braziliyalı futbolçusu yenə zədələndi

15:53 - 29 Mart 2023

Zədə səbəbindən mövsümün böyük hissəsində komandaya kömək edə bilməyən "Fənərbaxça"nın futbolçusu Luan Peres yenidən sıradan çıxıb.

Sportal.az xəbər verir ki, bərpa prosesi keçən braziliyalı mərkəz müdafiəçisi fiziki yükləmələr səbəbindən zədələnib. 28 yaşlı oyunçu 3 həftə sonra fərdi məşqlərə başlayacaq. Onun may ayında oynamağa hazır olacağı bildirilir.

Qeyd edək ki, "Fənərbaxça" Luan Peresi mövsümün əvvəlində "Marsel"dən 5,2 milyon avroya transfer edib. Təcrübəli müdafiəçi "sarı-lacivərtlilər"in heyətində 12 matçda meydana çıxıb.

Xəbər xətti