Ronaldo keçmiş komanda yoldaşlarından ibarət simvolik heyəti açıqladı

18:12 - 18 Aprel 2023

"Əl Nəsr" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo keçmiş komanda yoldaşlarından ibarət simvolik komandanın heyətini açıqlayıb.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, futbolçu ən çox bəyəndiyi oyunçuları heyətə daxil edib və 4-3-3 sxeminə üstünlük verib.

Qapıçı: İker Kasilyas

Müdafiəçilər: Marselo, Corco Kyellini, Rio Ferdinand, Serxio Ramos

Yarımmüdafiəçilər: Pol Skoulz, Luka Modriç, Toni Kroos

Hücumçular: Qaret Beyl, Kərim Benzema, Ueyn Runi
 

Xəbər xətti