"Qarabağ" hazırda neçə legionerlə danışıqlar aparır? - TRANSFER GÜNDƏMİ

14:17 - 3 İyun 2023

Ramil Şeydayev və Filip Ozobiçlə vidalaşan "Qarabağ" hazırda 6 legionerlə danışıqlar aparır.

Sportal.az sportinfo.az-a istinadən xəbər verir ki, ölkənin ən güclü klubu minimum 3 əcnəbi futbolçu transfer etməyi nəzərdə tutub.

Çempionlar Liqasına qatılacaq "köhlən atlılar" hücum xəttinə, o cümlədən, yarımmüdafiənin mərkəzinə və cinahına yeni adlar axtarışındadır.

Ağdam təmsilçisi bunun üçün böyük büdcə ayırıb - 5 milyon avro civarında. Daha yaxşı variantlar ortalığa çıxsa, transfer fondunun bir qədər də artırılması mümkündür. Danışıqlar aparılan legionerlərdən hələ heç biri "Qarabağ"a qəti söz deməyib. Nə "gəlirəm", nə də "gəlmirəm" söyləyirlər. Hamısı gözləmə mövqeyindədir. Çünki onlara başqa təkliflər də var.

Xəbər xətti