Dadaşov oynadı, komandası "Trabzonspor"a qalib gəldi - VİDEO

09:19 - 26 Sentyabr 2023

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" Super Liqada növbəti matçını keçirib. 

Sportal.az xəbər verir ki, Volkan Demirelin rəhbərlik etdiyi kollektiv "Trabzonspor"la üz-üzə gəlib.

"Hatayspor" evdə keçirdiyi görüşdə 0:2 geri düşsə də, üç qol vuraraq qalib gəlməyi bacarıb. 

Renat 84-cü dəqiqədə meydana daxil olub, 88-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Renat komandasının ikinci qolunun vurulmasında pay sahiblərindən olub.

"Hatayspor" 6 turdan sonra 10 xalla 4-cü sıradadır. 

Xəbər xətti