"Liverpul" və "Arsenal" türk hücumçunu istəyir

12:20 - 5 Dekabr 2023

"Yuventus"un futbolçusu Kenan Yıldız karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, türk futbolçunun xidmətində "Arsenal" maraqlıdır. Bu barədə "Mirror" nəşri məlumat yayıb.

İtaliya mətbuatı "Liverpul"un da 18 yaşlı forvardla maraqlandığını iddia edir.

Qeyd edək ki, "Yuventus" Kenan Yıldızı ötən ilin yayında "Bavariya"dan transfer edib. Türkiyə millisinin üzvü olan gənc oyunçu cari mövsümdə Turin təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti