"Gəncə" üzərində kritik qələbə qazanan "Sərhədçi" pley-off şanslarını artırdı

16:18 - 10 Fevral 2024

Bu gün Gəncə Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 14-cü turunun növbəti oyunu baş tutub.

Sportal.az xəbər verir ki, "Gəncə" və "Sərhədçi" klublarının qarşılaşdığı oyunda qonaqlar 79-72 hesabı ilə qalib gələrək, pley-off şanslarını bir qədər də artırıblar.

Ən məhsuldar basketbolçular: "Gəncə" (Culs Mur - 21 xal, 2 asist), "Sərhədçi" (Cəbrayıl Əkbərov - 18 xal, 9 ribaund)

Qeyd edək ki, 14-cü turun son oyunu ("NTD-İNDİQO" - "Xırdalan") 11 fevral tarixində baş tutacaq

Xəbər xətti