"Bavariya"nın forvardı: "Məğlubiyyət bizə böyük zərbədir"

19:43 - 11 Fevral 2024

"Bavariya"nın hücumçusu Harri Keyn "Bayer"ə məğlubiyyəti (0:3) şərh edib.

Sportal.az xəbər verir ki, “Sky Sports”a açıqlama verən ingilis forvard məğlubiyyətə baxmayaraq çempionluq uğrunda mübarizəyə davam etdiklərini söyləyib: 

"İndi "Bayer"dən beş xal geridəyik. Amma qarşıda hələ çox oyunlar var. Məğlubiyyət bizə böyük zərbədir. Çünki fərqli nəticə istəyirdik. İndi açıq şəkildə Çempionlar Liqasına və Bundesliqada növbəti oyuna diqqət yetirməliyik. Çalışmalıyıq ki, mümkün qədər çox xal qazanaq. “Bayer” favoritdir? Buna qərar verəcək adamlar biz deyilik. Buna hər kəs qərar verəcək. Biz özümüzə diqqət yetirməli və təkmilləşməliyik. Biz şeyi tez dəyişdirməliyik".

“Bavariya” “Bayer”dən (Leverkuzen) beş geri qalaraq 50 xalla ikinci pillədədir.
 

Xəbər xətti