"Qarabağ"ın rəqibi "Sportinq"ə böyük hesabla uduzdu

10:16 - 12 Fevral 2024

Portuqaliya Premyer Liqasında 21-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa" səfərdə "Sportinq"in qonağı olub. Qarşılaşma ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

21 turdan sonra aktivində 40 xal olan "Braqa" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" "Braqa" ilə oyunu fevralın 15-də səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq.

Xəbər xətti