Afrika Millətlər Kubokunun keçiriləcəyi məkan bəlli oldu 

12:34 - 20 Fevral 2024

2025-ci ildə Afrika Millətlər Kubokunun keçiriləcəyi məkan bəlli olub.

Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, qitənin bir nömrəli turniri Mərakeşdə baş tutacaq. 

Afrika Futbol Konfederasiyası (CAF) yayda növbəti Afrika Millətlər Kubokunun keçirilməsinə prinsipial razılıq verib. Təklif olunan turnir tarixləri 20 iyul - 17 avqust arasındadır. 

Xatırladaq ki, 2024-cü il Afrika Millətlər Kuboku Kot-d'İvuarda 5 şəhərin altı stadionunda (Abidjan, Buake, Korhoqo, San Pedro, Yamoussoukro) yanvarın 13-dən fevralın 11-dək keçirilib.

Kot-d'İvuar turnirin çempionu olub. Nigeriya millisi ikinci, CAR isə üçüncü yeri tutub. 

Xəbər xətti