"Mançester Yunayted"in müdafiəçisi sıradan çıxdı

12:34 - 22 Fevral 2024

"Mançester Yunayted"in müdafiəçisi Luk Şou sıradan çıxıb.

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu Premyer Liqanın 25-ci turunda “Luton”la görüşdə (2:1) əzələsindən zədələnib.

Onun 2 aya yaxın meydanlarda olmayacağı iddia edilir.

Şou bu mövsüm ikinci dəfə zədələnib. 

28 yaşlı 2014-cü ildən "Mançester Yunayted"də oynayır. 

Xəbər xətti